“Mediada təhqir və böhtan yazılar gedir…” - Amaşov

1-02-2016, 20:01           
“Mediada təhqir və böhtan yazılar gedir…” - Amaşov
“Azərbaycanda hüquq və azadlıqların müdafiəsinin səmərəliliyinin artılması sahəsində birgə fəaliyyət proqramı qəbul olunub. Həmin proqramda diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi məsələsi yer alır. Düşünürəm ki, biz də Milli Məclisdə buna önəm verməliyik”.

"Qafqazinfo" xəbər verir ki, bu sözləri millət vəkili Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, proqramda nəzərdə tutulur ki, jurnalist yazdığı yazıya görə azadlıqdan məhrum edilməməlidir:

“Mediada çox təhqir və böhtan yazılar gedir. Əlbəttə, narahatlıq başadüşüləndir. Ancaq o demək deyil ki, “Diffamasiya haqqında” qanun qəbul olunarkən onlar məsuliyətdən azad olunmalıdır. Bütün bunları nəzərə alaraq, Mətbuat Şurası “Diffamasiya haqqında” qanunla bağlı təkliflər hazırlayıb. Təkliflər Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə təqdim olunub”.

Ə. Amaşov həmçinin əlavə edib ki, devalvasiya KİV arasında ciddi problemlər yaradıb:

“Ölkəyə gətirilən qəzet kağızının qiyməti təqribən 100 faizdən çox artıb. Üstəlik gətirilən qəzet kağızları və hazır çap məhsullarına ƏDV yanvarın 1-dən bərpa olunub. Problemi aradan qaldırmaq üçün ƏDV-nin ləğvini gündəmə gətirsək yaxşı olar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.