Aşpaz Rövşən niyə baltalandı? – Təfərrüat

2-02-2016, 13:16           
Aşpaz Rövşən niyə baltalandı? – Təfərrüat
Kafedə tanışımla yemək yeyirdik. Bu vaxt aşpaz işləyən Rövşən bizlə kobud davrandı, aramızda mübahisə yarandı, bizi təhqir elədi.

Axar.az xəbər verir ki, bu sözləri Şahin Əsgərov aşpazı baltalaması ilə bağlı Hacıqabul Rayon Polis İdarəsində verdiyi ifadəsində deyib.

Onun sözlərinə görə, hadisəyə səbəb 45 yaşlı aşpazın onu söyməsi olub:

“Onun söyüşündən sonra balta ilə başından vurdum. Amma vuranda ölümcül olmaması hesabıyla vurmuşdum. Vurdum və kafedən çıxıb getdim”.

Polisdən Axar.az-a deyilib ki, aşpaz Rövşən Zeynəddin oğlu Nurməmmədov “Çinar” kafesinin daimi işçisi olmayıb. Münaqişə yaranan gün o, kafenin digər işçisini əvəzləyib.

Qeyd edək ki, Ş.Əsgərov 1983-cü il təvəllüdlüdür və üç övladı var. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru