Ermənistan ordusunun Murovdağ silsiləsinin işğal altında saxladığı hissəsindən fotolar yayılıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, fotolarda təxminən 3700 metr yüksəklikdə mövqe quran erməni hərbçiləri və üzləri gizlədilən kəşfiyyatçılar görüntülənib.
Murov eni 10, uzunluğu 70 kilometr olan dağ silsiləsdir. Kəlbəcər, Göygöl, Goranboy və Tərtər rayonlarının ərazisindən keçən bu strateji dağ silsiləsi 1993-1994-cü ilin qışında Qarabağda gedən qanlı döyüşlərdən sonra Ermənistan ordusunun nəzarətinə keçib.