Bakıda minik maşını teplovozla toqquşub, xəsarət alan var
2-02-2016, 14:34
Bakıda minik maşını teplovozla toqquşub.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Qala qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisindəki qorunmayan keçiddə Lerik rayon sakini Elzamin Məcidli idarə etdiyi “VAZ-2106” markalı avtomobili teplovoza vurub, nəticədə sürücü xəstəxanaya yerləşdirilib.