Müxalifət liderini şəhərə buraxmadılar - Ermənistanda

19-01-2021, 16:41           
Müxalifət liderini şəhərə buraxmadılar - Ermənistanda
Ermənistanda müxalifət liderini Gorus şəhərinə buraxmayıblar.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, birləşmiş müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyan şəhər əhalisi ilə görüşmək və Paşinyan əleyhinə təbliğat aparmaq üçün Gorusa səfər edib.

Bu zaman bir qrup şəhər sakini şəhərin giriş-çıxış yollarını bağlayıb. Onlar V.Manukyan əleyhinə şüarlar səsləndiriblər və onu Gorusa buraxmaycaqlarını bəyan ediblər. Yolu bağlayanların Paşinyan tərəfdarları olduğu bildirilir. Manukyan Gorusa daxil ola bilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru