Bakıda özünü 20-ci mərtəbədən atan gənc qız avtomobilin üzərinə düşdü
19-02-2021, 12:45
Bakının Xətai rayonunda intihar hadisəsi baş verib. Teref.az “report”a istinadən xəbər verir ki, 20 yaşlı S.Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. Qadın evin həyətində olan avtomobilin üzərinə düşüb. Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.