Əfqanıstanda partlayışlar: Ölən və yaralananlar var
20-02-2021, 09:42
Əfqanıstanda partlayışlar törədilib.
Teref.az "Report"a istinadən xəbər verir ki, bu barədə 1TV telekanalı məlumat yayıb.
Məlumata görə, hər iki hadisə paytaxt Kabildə baş verib. Belə ki, minalanmış avtomobillər partladılıb. Nəticədə 2 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.
Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib. Təfərrüatlar açıqlanmır.