Evdə əlinə dolu tapança keçən uşaq təsadüfən anasını öldürdü

20-02-2021, 10:31           
Evdə əlinə dolu tapança keçən uşaq təsadüfən anasını öldürdü
Evdə əlinə dolu tapança keçən uşaq təsadüfən anasını öldürüb.

Lenta.ru-nun məlumatına görə, qorxunc hadisə ABŞ-ın Şimali Karolina ştatında baş verib.

Məlumata görə, polis beş uşaq anası olan 25 yaşlı Qabriela Hendersonu yataq otağında ölmüş vəziyyətdə tapıb. Çarpayının yanında kiçik tapança olub.

Hendersonun kiçik övladı da odlu silahdan yaralanıb.

O, xəstəxanaya yerləşdirilib. Uşağın həyati təhlükəsinin olmadığı vurğulanır.

Hadisə vaxtı evdə Henderson və beş uşaqdan başqa heç kim olmayıb. Ehtimal olunur ki, uşaqlar silahı ananın çantasından tapıblar.Milletinsesi.info















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru