DƏHŞƏTLİ HADİSƏ: Ailənin 5 azyaşlı qız uşağı DİRİ-DİRİ YANDI

20-02-2021, 10:54           
DƏHŞƏTLİ HADİSƏ:
Qazaxıstanın Cambul vilayətində evdə baş verən yanğın nəticəsində bir ailənin 5 övladı həyatını itirib.

Publika.az xəbər verir ki, yerli fövqəladə hallar idarəsinin açıqlamasına görə, saat 15:00 radələrində beşmərtəbəli binanın üçüncü mərtəbəsindəki mənzildə başlayan yanğında ölən uşaqlardan böyüyün 5, ən kiçiyinin isə 1 yaşı var idi.

İlkin məlumata görə, yanğın vaxtı uşaqların atası işdə olub, anası isə bazara gedibmiş. Azyaşlılar xəstəxanaya yerləşdirilsələr də, həyatlarını xilas etmək mümkün olmayıb.

Yanğınla əlaqədar şəhər qubernatorluğu tərəfindən xüsusi komissiya yaradılıb və hadisənin səbəbi araşdırılır.

Xatırladaq ki, buna bənzər hadisə 2019-cu ildə Nur-Sultanda baş verib. Həmin vaxt yanğın nəticəsində bir ailənin 5 qız övladı həyatını itirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru