Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin işğalından 24 il ötür

11-02-2016, 02:16           

Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin işğalından 24 il keçir.

APA-nın məlumatına görə, erməni hərbi birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərin köməyi ilə fevralın 9-dan etibarən Malıbəyli və Quşçular kəndləri üzərinə hücuma keçib.

Üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işğal edilib. Kəndlər yandırılıb, yaşayış evləri, məktəblər, uşaq bağçaları, xəstəxanalar, məişət evləri, inzibati binalar, mədəniyyət abidələri, təsərrüfat obyektləri məhv edilib.

İşğal nəticəsində iki kəndin 30-dək dinc sakini qətlə yetirilib, əsir götürülüb, yüzlərlə sakin yaralanıb.

Qalan əhali qarlı, şaxtalı havada bir neçə kilometr dağ yolunu və erməni postlarını çətinliklə keçərək Ağdam rayonuna gələ bilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.