Qazaxda ağır qəza: ata və oğlu ölüb

21-03-2021, 00:26           
Qazaxda ağır qəza:
Minik avtomobili yol kənarındakı ağaclara çırpılıb

Qazaxda ağır yol- nəqliyyat qəzası baş verib. AYNA “Qafqazinfo”ya xəbər verir ki, hadisə rayonun Çaylı kəndi ərazisində baş verib. Dəmirçilər kəndindən Qazax şəhəri istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “VAZ 21011”ə dəyərək yol kənarındakı ağaclara çırpılıb.

Qəza zamanı Dəmirçilər kənd sakini 57 yaşlı Ziyarət Xəlilov və onun oğlu 27 yaşlı Elvin Xəlilov ölüb.

Sərnişin 25 yaşlı Cövdət Qasımov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru