Londonda terror hücumu hazırlamaqda şübhəli bilinən kişi saxlanılıb

24-03-2021, 08:06           
Londonda terror hücumu hazırlamaqda şübhəli bilinən kişi saxlanılıb
Britaniyanın terrorla mübarizə polisi tərəfindən Londonun cənub-qərbində üzərində partlayıcı olması şübhəsi ilə 53 yaşlı kişi saxlanılıb.

APA xəbər verir ki, bu barədə paytaxtın hüquq-mühafizə orqanlarının rəsmi saytında yerləşdirilən məlumatda bildirilib.

Saxlanılan şəxs terror aktı hazırlamaq və ya dəstəkləməkdə günahlandırılır. Polis şübhəlinin evində axtarış aparıb. Onun yaşadığı evdə və ərazidə hər hansı bir təhlükə riski qiymətləndirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru