Roma Papası din xadimlərinin məvaciblərini azaldıb

25-03-2021, 07:15           
Roma Papası din xadimlərinin məvaciblərini azaldıb
Roma Papası Fransisk kardinalların və digər din xadimlərinin məvaciblərini 10% azaltmaq barədə göstəriş verib.

Bu barədə “Reuters” məlumat yayıb.

Papanın bu qərarının mövcud iş yerlərinin saxlanması ilə bağlı olduğu bildirilir. Belə ki, pandemiyanın səbəb olduğu iqtisadi böhran Vatikanın gəlirlərinə də mənfi təsir edib.

Qərarın aprelin 1-dən etibarən qüvvəyə minəcəyi qeyd olunur.

“Reuters”in məlumatına görə, hazırda Vatikanda çalışan kardinalların məvacibi orta hesabla 4-5 min avro təşkil edir.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru