Koronavirusdan ölənləri basdırmağa yer qalmadı: CƏSƏDLƏR ÇIXARILIR

2-04-2021, 21:14           
Koronavirusdan ölənləri basdırmağa yer qalmadı:
raziliyanın San-Paulo şəhərinin səlahiyyətliləri qəbiristanlıqlarda ölülərə yer açmaq üçün cəsədlərin qazılıb çıxarılmasına əmr verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, şiddətlənmiş koronavirus pandemiyası olan SARS-CoV-2 səbəbindən ölənləri dəfn etmək üçün yer qıtlığı yaranıb.

Məlumata görə, yerli sakinlər ölkə prezidenti Jair Bolsonaronu günahlandırır: hökuməti ondan üz döndərib və reytinqi 43 faizə qədər düşüb.

Martın 28-də Braziliyada koronavirus pandemiyası səbəbindən səhiyyə sisteminin çökəcəyini proqnozlaşdırılırdı.

Bundan əvvəl Braziliyanın reanimasiya şöbələrində koronavirus səbəbindən yer qalmadığı bildirilmişdi.

27 əyalət paytaxtından 25-də reanimasiya bölmələri imkanları həddinə qədər işləyirdi, insanlar xəstəxanalara düşmək üçün növbəyə düzülmüşdülər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru