Ermənistandan atışma xəbəri gəldi: Yaralılar

10-04-2021, 09:44           
Ermənistandan atışma xəbəri gəldi: Yaralılar
Ermənistanın paytaxtı Yerevanda atışma olub. Busaat.az xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb. Məlumata görə, hadisə “Karmir blur” qəbiristanlığında baş verib. Atışma zamanı bir neçə nəfər xəsarət alıb. Onlar Yerevanın ayrı-ayrı xəstəxanalarına yerləşdiriliblər. Xəsarət alanlar arasında həmçinin kəsilmiş-deşilmiş yaralar alanlar da var. “Shamshyan.com” bildirib ki, atışma paytaxtda bir neçə ay əvvəl törədilmiş qətllə bağlıdır. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Təhqiqatçılar ərazidə atıcı silahların xeyli sayda gilizlərini, güllə, qan izlərini aşkarlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru