Hindistanda polis oğurluq edən meymunları və onların sahiblərini yaxaladı

11-04-2021, 10:00           
Hindistanda polis oğurluq edən meymunları və onların sahiblərini yaxaladı
Hindistanın paytaxtı Nyu-Dehlidə polis meymunlara yoldan keçənlərdən oğurluq etməyi öyrədən iki nəfəri saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” bildirib.

Onlarla bağlı ərizəni yerli vəkil yazıb.

Qeyd edilir ki, hüquqşünas heyvanların onun ciblərindən altı min rupi oğurladıqlarını görüb. Meymunlarla birlikdə kişilər qaçıblar.

Asayiş keşikçiləri onlardan ikisini avtobus dayanacağında saxlamağa müvəffəq olub. Üçüncü cinayətkar qaçaraq gizlənməyi bacarıb. Bundan sonra meymunları heyvanların xilasetmə mərkəzinə göndəriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru