Ukrayna və Azərbaycan Rusiyanın araq bazarını öldürüb
16-02-2016, 16:54
2015-ci ilin yekunlarına görə Rusiya likör və araq istehsalçılarının xaricə satdıqları məhsul 40% azalıb.
Avropa.info xəbər verir ki, bu barədə gömrük hesabatlarına istinadən “Kommersant” qəzeti yazır. Məlumata görə, Ukraynaya ixrac olunan alkoqollu içkilərin miqdarı üç dəfə azalıb. Qərb şirkətlərinin sanksiyaları da Rusiyanın araq bazarına öz təsirini göstərib.
2015-ci ildə Rusiya xaricə 111,9 milyon dollarlıq vodka və likör satıb. Bu isə 2014-cü illə müqayisədə 40,2% azdır. Bu 2005-c ildən bu yana ən aşağı göstəricidir.
Krımın ilhaqı və Donbasdakı müharibəyədək Ukrayna rus arağının əsas istehlakçısı idi. 2013-cü ildə bu ölkəyə 38,6 milyon dəyərində içki gətirilib. 2015də bu rəqəm 3,87 milyon dollaradək enib.
Vodka istehsalçısı şirkətlərdən birinin baş meneceri deyib ki, Azərbaycanda manatın devalvasiyası da Rusiya araq bazarına ciddi təsir göstərib. Azərbaycana satılan içkinin miqdarı 10,56 milyon dollardan 5,3 milyon dollaradək azalıb.
Bununla yanaşı Rusiya arağının ən böyük alıcısı İngiltərə, Almaniya, Latviyadır.