Azərbaycanlı killerdən 13 il sonra qisas alındı: həbsdən çıxan kimi

17-02-2016, 21:53           

Rusiyada iki ay əvvəl ciddi rejimli koloniyadan azadlığa çıxan azərbaycanlı güllələnib. “Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə fevralın 12-si Sank-Peterburqda baş verib.

Naməlum şəxslər avtomobildən düşərək həmyerlimizə atəş açıblar və o, yerindəcə keçinib. Daha sonra hüquq-mühafizə orqanları müəyyən ediblər ki, 52 yaşlı Yusifin ölümü 13 il əvvəl baş verən cinayətlə əlaqəlidir.

Məlum olub ki, Yusif 2003-cü ildə Moskvada qətl törətdiyi üçün həbs olunub. Həmin ildə həmyerlimiz 33 yaşlı Şamil Məmmədovu qətlə yetirib. Məmmədov kiçik pərakəndə ticarətlə məşğul olub və naməlum şəxslərlə ərazilərin bölünməsi ilə bağlı danışıqlar aparıb. Həmin ərəfədə Məmmədovun düşmənlərindən birinin tutduğu killer onu əvvəlcə boynundan bıçaqlayır, daha sonra sinəsinə və çiyninə tapançadan atəş açır. Son güllə isə başına vurulur.

Qətli törədən Yusif tutulur və 12 il azadlıqdan məhrum edilir. Qisas alınacağından qorxduğu üçün həbsdən çıxdıqdan sonra Moskvaya deyil, Sank-Peterburqa getsə də, qatili onu tapmağa nail olur.

Qaynar.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru