Azərbaycanda son sutkada 1809 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
23-04-2021, 19:47
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1809 yeni yoluxma faktı qeydə alınıb, 2191 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.