Hicran Hüseynova ilə bağlı QALMAQAL böyüyür: - “O rəsmi sənəd də deyil”

18-02-2016, 13:27           
Hicran Hüseynova ilə bağlı QALMAQAL böyüyür: - “O rəsmi sənəd də deyil”
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov vəkil Adəm Məmmədovun hüquqlarını müdafiə etdiyi Eynar Kərimovun sədr Hicran Hüseynovanın adının qeyd olunduğu qəbzi ictimailəşdirməsinə münasibət bildirib.

O, Modern.az saytına açıqlamasında həmin qəbzin kağız parçasından başqa bir şey olmadığını vurğulayıb:

“O qəbz deyil, ümumiyyətlə rəsmi sənəd də deyil. Onun notariusdan təsdiq olunması haqqında göstərici varmı? Yoxdur”.

E.Səfərov araşdırmaların davam etdirildiyini qeyd edib: “Hazırda araşdırma gedir, hər şey istintaqın sonunda müəyyənləşəcək. Kiminsə hansısa açıqlama verməsindən asılı olmayaraq yekun nəticəni gözləyirik. Bunadan başqa deyəcək sözüm yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru