Bakıda qayın yeznəsinin mənzilindən 45 min dollar oğurlayıb

19-02-2016, 16:09           

Bakıda mənzildən oğurluq olub.

“Report”un məlumatına görə, hadisə Bakuvi küçəsi ev 12-də baş verib.

Həmin ünvanda yaşayan Turan Seyidov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qonağı - qaynı Şuşa şəhər sakini 1971-ci il təvəllüdlü Yaşar Məmmədov içərisində 45 min ABŞ dollar olan seyfini oğurlayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.