Səbail rayonunda 2015-ci ilin yekunları müzakirə olundu - hesabat
19-02-2016, 16:43
teref.az - Bakı şəhəri, Səbail rayonunda 2015-ci ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulmuş və 2016-cı-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Hesabat yığıncağında məruzə ilə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş naliyyətlər barədə məlumat vermiş, 2015-ci il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışmışdır. Qeyd olunmuşdur ki, ötən il dünya bazarlarında neftin qiymətinin 3-4 dəfə aşağı düşməsinə, bir çox dövlətlərin milli valyutalarının 100 %, bəzi hallarda isə daha çox devalvasiyaya uğramasına baxmayaraq ötən il Azərbaycan iqtisadiyyatında artım olmuş, ümumi daxili məhsul 1 %-dən çox, sənaye istehsalı 2,4 %, qeyri-neft sənayesi 8,4 % artmışdır. 2015-ci ildə ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuş, bunun yarısı xarici sərmayə olmuşdur. Bu onu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkədir. Eldar Əzizov 2015-ci ildə ölkədə baş verən siyasi hadisələr, əldə olunan uğurlar, cənab Prezidentin respublikamızda sahibkarlığın inkişafı, sahibkarlara törədilər süni maneələr və digər amillərin aradan qaldırıdması, onlara fəaliyyətləri üçün bütün köməkliklərin göstərilməsi ilə bağlı dövlət qurumları və yerli İcra strukturları qarşısında duran vəzifələr barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, cənab Prezidentin çıxışından sonra Səbail rayonunda da bu istiqamətdə müvafiq işlər həyata keçirilmiş, Xüsusi qərargah yaradılmış, rayonda fəaliyyət göstərən sahibkarlarla görüşdə onların müraciət və təklifləri dinlənilmiş, işlərinə mane olan amillərin aradan qaldırılması üçün anonim sorğu keçirilmiş, RİHBA-da «Qaynar xətt» telefonu yaradılmışdır.
6 saylı orta məktəbin direktoru, əməkdar müəllim Gülşən Orucova çıxış edərək bildirdi ki, «İlham Əliyevin fəaliyyətini dərindən öyrənmək və təbliğ etmək çox vacib məsələdir. Çox sevindirici haldır ki, dünya şöhrətli siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz 6 saylı orta məktəbi bitirmişdir. Bu gün tam surətdə yenidən qurulmuş, təhsil üçün hər cür şərait yaradılmış məktəbin kollektivi bununla fəxr edirlər. Məktəb kollektivinin qərarı ilə bu təhsil ocağında «İlham Əliyev və Azərbaycan – inkişaf və perspektivlər» mövzusunda elmi-praktiki konfrans keçirilməsi ilə bağlı hazırlıq işləri görülür və o, RİH də bu işlərdə onlara dəstək olmağı xahiş etdi.
Səbail rayon İcra Hakimiüyyəti Başçısının müavini Eldar Ağayev 2015-ci il ərzində Səbail rayonunda görülən işlər barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, 2015-ci ildə rayonun iri sənaye müəssisələri tərəfindən 15 milyard 068,8 milyon manatlıq məhsul istehsal edilmiş və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 % artmışdır. iri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 369.8 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 2.3 % çox olmuşdur. Rabitə müəssisələri tərəfindən görülmüş iş və ximətlərin dəyəri 133.3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.8 % çox olmuşdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 7 milyard 370.3 milyon manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,4 % çoxdur.
2015-ci ildə rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 389.5 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 4,3 % çox istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən əhaliyə 300.5 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4.6 % çoxdur. Ötən ildə əhaliyə 129.1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 11.1 % çox iaşə xidmətləri göstərilmişdir.
2015-ci ildə Səbail rayonunda çalışan işçilərin sayı 111371 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1141.6 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 17.2 % çoxdur.
Keçən il Səbail rayonu ərazisində 5839 yeni iş yeri açılmışdır ki, bunlardan 3239-u daimi iş yerləridir. Ümumilikdə 2003-cü ilin 01 oktyabr tarixindən 01.01.2016-cı il tarixinə kimi Səbail rayonunda 50361 yeni iş yerləri acilmişdir ki, bunun da 46893–ü daimi iş yerləridir.
2015-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Su İdmanı Sarayının, Bakı İdman Sarayının, “İnturist” mehmanxanasının, Veloparkın, Avropa Oyunları Parkının, Bayılda yeni piyada keçidinin, Daş salnamə muzeyinin, Bayıl bulvarının, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun 4-6 kilometrlik hissəsində bağlantı yollarının açılışı olmuş, əsaslı təmirdən sonra 189-190 saylı orta məktəb binası istifadəyə verilmişdir. Ötən il həmçinin Azərbaycanın birinci xanımı, Avropa Oyunalrı Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın iştirakı ilə Sülh ağacı abidəsinin və Avropa Oyunları ərəfəsində Qonaqpərvərlər klubunun açılış mərasimləri keçirilmişdir.
Əlavə olaraq ötən il rayonda YARAT Müasir İncəsənət Mərkəzi, 9 saylı Xəzinədarlıq İdarəsi və Beynəlxalq Avrasiya Fondunun yeni binası istifadəyə verilib. Hazırda rayon ərazisində bir sıra dövlət əhəmiyyətli iri obyektlərin tikintisi aparılır, bir sıra obyektlərdə təmir-bərpa işləri davam etdirilir. Bu gün "Xəzər Waterfront" ticarət-əyləncə mərkəzinin, Bakı Media Mərkəzinin, yeni «İnterkontinental» və «Dinamo» mehmanxanalarının, Ali neft məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, Səbail İş Mərkəzinin, jurnalistlər üçün yeni binanın tikintisi və İncəsənət muzeyinin əsaslı təmiri davam edir.
Badamdar şossesində 2,2 km məsafədə yolun 3 metrəyədək genişləndirilməsi, təmiri və asfaltlaşdırılması ilə bağlı işlər başa çatdırılmış, Badamdar qəsəbəsində su və kanalizasiya xətlərinin yenidənqurulması, Tofiq Məmmədov və Göyüş Qarayev küçələrini kəsişməsində yerləşən 4 ədəd çoxmərtəbəli yaşayış binasının həyətində «Abad məhəllə» yaradılması ilə bağlı işlərə başlanmışdır. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılacaq, binaların fasadları və giriş blokları əsaslı təmir olunacaq, həyətdə xeyir-şər evi tikiləcək, stadion, idman və uşaq əyləncə meydançası, söhbətgahlar quraşdırılacaq, yaşıllıqlar salınacaqdır.
Prezident cənab İlham Əliyevin tapşırıqlarına əsasən rayon ərazisindəki tarixi əhəmiyyətli binaların bərpası və qorunması istiqamətində 21 yaşayış binasının üzlənməsi başa çatdırılmış, Mətbuat prospekti 2 və Puşkin küçəsi 10 ünvanındakı binaların üzlənməsi davam edir.
RİH tərəfindən 2015-ci ilin sonundan etibarən Bibiheybət qəsəbəsində «Şıx» ərazisindəki dağ massivində 50 ha sahədə “Ekoloji park”ın yaradılması işlərinə başlanmışdır. Bu işlər çərçivəsində 168 metr hündürlükdə 250 kub. metr tutumlu su rezeyvuarı quraşdırılmış, suvarma sistemi üçün müxtəlif diametrli 3,7 km uzunluğunda polad və plastik borulardan əsas paylama, 27.0 km uzunluğunda köməkçi xətlər çəkilmiş, parkda 100 minə yaxın ağacın əkilməsi nəzərdə tutulmuşdur. Burada 10 min ədəd ağac üçün çalalar qazılmış, əkiləcək ağaclar sifariş olunmuşdur. Hazırda bu ərazidə işlər davam etdirilir.
Ötən il ölkəmizdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsnün təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə start götürmüş «Ümumrespublika Yaşıllaşdırma» marafonu layihəsinin ikinci mərhələsi
çərçivəsində keçirilən ağacəkmə aksiyaları zamanı 7 min ədəd yeni ağac, 35 min ədəd dekorativ gül kolu, 5 min kvadrat metr sahədə qazon otu əkilmiş, əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir.
Həmçinin şəhərin mərkəzində Üz.Hacıbəyov küçəsi, Neftçilər və Parlament prospektiləri, ərazidəki park və istirahət bağlarında və Bakı şəhərinin cənub-qərb çıxışı olan Salyan yolu boyunca yol kənarlarında salınmış yaşıllıqlar zonasında böyük miqdarda dekorativ gül kolları əkilərək burada gözəl kompozisiyalar yaradılmışdır.
2015-ci il il iyun ayının 12-dən 28-ə kimi keçirilən lk Avropa Oyunları ərəfəsində rayon ərazisində yeni tikilmiş Su İdmanı sarayı, “Baku Sport City” və «Şıx» ərazisindəki «Velopark» ilə bərabər, Bakı İdman Sarayında əsaslı təmir-yenidənqurma və Dövlət Bayrağı Meydanındakı «Kristall-Xoll»da da təmir işləri aparılmış, ərazinin sanitar təmizliyinə ciddi nəzarət olunması üçün əlavə tədbirlər görülmüş, küçə və prospektlərin, park və bağların, məhəllələrin sanitar təmizliyi yüksək səviyyədə saxlanmışdır.
Görülən işlərlə yanaşı həmçinin rayon İcra Hakimiyyəti tərəfindən 100-dən çox tədbir, dəyirmi masa, görüş və s. təşkil olunmuş, rayonun idarə, müəssisə və təşkilatlarında keçirilən tədbirlərdə RİH-nin nümayəndələri iştirak etmişlər.
2014-2015-ci tədris ilində rayonun təhsil ocaqlarında bir sıra uğurlu nəticələr əldə olunmuşdur. Ötən il il rayonun orta məktəblərini 1481 nəfər bitirmiş, onlardan 989 nəfəri tələbə adını qazanmış, məzunlardan 127 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuş, 6 məzun qızıl medala, ali məktəblərə qəbul olunan 1 nəfər məzun isə Prezident təqaüdünə layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 2015-ci il tarixli sərəncamı ilə rayonun orta məktəblərinin 5 müəllimi «Əməkdar müəllim» fəxri adına, 2 müəllimi isə «Tərəqqi» medalına layiq görülmüşlər.
Ölkə başçısının tapşırığına uyğun olaraq 2015-ci il fevral ayının 2-dən Səbail rayonunda əhalinin tibbi müayinəsi tədbirlərinin həyata keçirilmiş, may ayının 1-dək olan müddət ərzində rayon üzrə 66849 nəfər müayinələrdən keçmişdir. Müayinələr zamanı 225 nəfər stasionar müalicəyə götürülmüş, 13570 nəfərə ambulator müalicə təyin edilmişdır.
Keçən il ölkəmizin ictimai-siyasi həyatında baş vermiş ən mühüm və əlamətdar hadisələrdən biri noyabr ayının 1-də keçirilən Milli Məclisə seçkilər olmuşdur. Seçkilərlə əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail Seçki Dairələri üzrə nəzərdə tutulan əsas təşkilati və hazırlıq tədbirləri görülmüş, rayonda seçki qabağı hazırlıq işləri yüksək səviyyədə təşkil olunmuşdur.
2015-ci il ərzində Səbail rayon Polis İdarəsinin şəxsi heyəti tərəfindən 2015-ci il ərzində rayon ərazisində 669 cinayət hadisəsi qeydə alınmış, onlardan 449-nun və ya 74,8%-nin açılması təmin edilmişdir. Həyata keçirilən profilaktiki tədbirlərə baxmayaraq baş verən cinayətlər keçən ilin müvafiq dövrü ilə müqayisədə 6 fakt və ya 0,9% artmışdır. Keçmiş illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində müvafiq tədbirlər keçirilmiş və hesabat dövründə 31 belə cinayətin açılması təmin olunmuşdur.
2015-ci ildə axtarışda olan 143 cinayətkardan 112-nin və ya 78,4%-nin tutulması təmin edilmiş, xəbərsiz itkin düşmüş 9 nəfərdən 5 və ya 55,5%-i tapılaraq qohumlarına və yaxınlarına təhvil verilmişdir.
Hesabat dövründə narkotiklərlə mübarizə sahəsində rayon ərazisində ümumilikdə aşkar olunmuş faktların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 93-dən 57-ədək azalmışdır. Aşkar edilmiş faktlardan 21-i satış, qalanları isə narkotik vasitələrin qanunsuz saxlanılması və qəbul edilməsi ilə əlaqədar olmuşdur. Aşkar edilmiş faktlar üzrə 13 kq 480 qram narkotik
maddə götürülərək qanunsuz dövriyyədən çıxarılmışdır. Əvvəlki illə müqayisədə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin ümumi miqdarı 3 kq 714 qram artmışdır.
Hesabat dövründə Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz silah-sursat saxlayan şəxslərin aşkar olunması məqsədilə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməliyyat yolu ilə 3 fakt aşkar edilmişdir.
2015-ci ildə rayon ərazisində ümumilikdə 298, o cümlədən 76 ölüm və xəsarətlə nəticələnən (16 ölüm və 73 xəsarət) 222 isə xəsarətsiz yol nəqliyyat hadisələri baş vermişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinin sayı 50-dən 76-ədək, hadisələr zamanı xəsarət alanların sayı 51-dən 73-ədək, hadisələr zamanı ölənlərin sayı isə 10-dan 16-ədək artmışdır.
Zalda quraşdırılmış mikrofona yaxınlaşan rayon sakinləri müxtəlif istək və təklifləri - qəsəbədaxili yolların asfaltlaşdırılması və işıqlandırılması, ərazinin sanitar təmizliyi, bələdiyə və kommunal xidmətlərin işindəki çatışmamazlıqlar, Mətbuat prospekti 2 ünvanındakı binaların üzlənməsinin ləngidilməsi, qanunsuz tikintilərin qarşısınını alınması, 20-ci sahədə su və kanalizasiya şəbəkəsinin yenidənqurulması, mərkəzdəki bəzi küçələrdə səkilərin dağılması, köhnə binaların əsaslı təmir işlərində sahibkarların fəal olması və tikintidə yeni iş yerlərinin açılması, dövlət qulluqçularının vətəndaşlarların müraciətlərinə həssas yanaşmaları ilə bağlı müraciətlər dinlənilmiş, sakinləri narahat edən suallar cavablandırılmış, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Yığıncaqdakı çıxış və müraciətlərdə ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənmiş və rayon İcra Hakimiyyətinin ötən ildəki fəaliyyəti “qənaətbəxş” qiymətləndirmişdir.
Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul olunmuş,
Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev və digər qonaqlar iştirak etmişlər.
teref.az