Azərbaycanda yol terroru – 4 ölü, 12 yaralı

21-02-2016, 12:28           

Son sutka ərzində Azərbaycan yollarında baş vermiş qəzalarda 4 nəfər həyatını itirib. Lent.az-ın məlumatına görə, şənbə günü ərzində respublika yollarında ümumilikdə 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə dünyasını dəyişən 4 nəfərdən başqa 12 nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb.

Ölümlə nəticələnən ən ağır qəza Tərtər rayonunda baş verib. Burada “VAZ” və “Mercedes” markalı iki minik avtomobilinin toqquşması 2 nəfərin ölümünə, daha 4 nəfərin yaralanmasına səbəb olub. Biləsuvar və Yevlax rayonlarında baş vermiş qəzalar da insan itkisinə səbəb olub.

Hər bir faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru