“Report” xarici mətbuata istinadən xəbər verir ki, hadisə Royal Plm Biçdə qeydə alınıb.
“Publix” marketində baş verən atışma zamanı bir neçə nəfər həlak olub. Hadisə yerinə gələn polis əməkdaşları 3 nəfərin meyitini aşkarlayıb. Öldürülənlər arasında bir qadın da var.
Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır. Eyni zamanda insidentin kim tərəfindən törədildiyi də bildirilmir.