Bakıda "İnfiniti" klubda kütləvi dava - obyekt bağlandı

29-02-2016, 00:15           
Bakıda "İnfiniti" klubda kütləvi dava - obyekt bağlandı
Paytaxtdakı klublardan birində kütləvi dava baş verib. Klubun nəzarətçisi vəhşicəsinə döyülüb. teref.az yazır ki, musavat.com-un əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl Bakıda davaları, əxlaqsızlıq yuvası olması ilə tez-tez gündəmə gələn məşhur "İnfiniti" klubda baş verib.

Gecə saatlarında baş verən davada əcnəbi nəzarətçi naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

Klubda nəzarətçi işləyən Livan vətəndaşı, 1978-ci il təvəllüdlü Dərviş Fərmin oğlu Bəsimi çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, naməlum şəxslər mühafizəçini döydükdən sonra kluba daxil olaraq oranın əşyalarını dağıdıblar.

Kütləvi davanın təfərrüatı ilə bağlı polisdən əlavə məlumat öyrənmək mümkün olmayıb. Saytın əməkdaşı əlavə məlumat əldə etmək üçün davanın baş verdiyi kluba yollanıb. Lakin "İnfiniti" klub bağlı olub.

Klubun yanındakı eyni adlı karaoke klub da bağlı olub. Ətrafda olanların bildirdiyinə görə, klub kütləvi davadan sonra bağlanıb. Həmin gündən oraya gələn olmayıb. Yaxınlıqdakı taksi sürücüləri də kütləvi davanın olmasını təsdiqləyiblər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.