Bakıda avtomobil beton dirəyə çırpılıb, xəsarət alan var

19-09-2021, 22:03           
Bakıda avtomobil beton dirəyə çırpılıb, xəsarət alan var
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Ələt qəsəbəsində 1977-ci il təvəllüdlü sürücü Amonov Anar Akif oğlu avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi beton dirəyə çırpılıb. Hadisə zamanı xəsarət alan sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki topuğun yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru