Çeçenistan rəhbəri Ramzan Kadırov bülletenlərin 53.28 faiz sayılmasından sonra 99.63 faiz səs toplayıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Onun rəqibiləri Ədalətli Rusiya – Həqiqət uğrunda Partiyasından olan İsa Hacımuradov 0.19 faiz, Kommunist Partiyasının namizədi Xalid Nakayev isə 0.15 faiz səs toplayıb.