Hamilə arvadını güllələdi

22-09-2021, 14:56           
Hamilə arvadını güllələdi
Türkiyədə 6 aylıq körpəsi ilə birlikdə olan hamilə qadın əri tərəfində güllələnərək öldürülüb.

Yenisabah.az xəbər verir ki, nikahlı əri ilə mübahisə edən 17 yaşlı gənc qadın başından güllə ilə vurularaq öldürülüb.

Hadisənin qısqanclıq zəmnində baş verdiyi bildirilib.

Əsəblərinə hakim ola bilməyən 32 yaşlı kişi ağır yaralanan arvadının ölümünü intihara bənzətmək üçün onu qucağında küçəyə çıxarıb və yoldan keçən avtomobillərdən yardım istəyib.

Xəstəxanaya aparılan qadın bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

Dəhşətli anlar təhlükəsizlik kameralarının yaddaşına yazılıb.

Evdə araşdırma aparan polislər kişinin qadını güllələdiyini sübut edərək onu saxlayıblar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru