Nasist canisi Kanadada vəfat edib

24-09-2021, 00:08           
Nasist canisi Kanadada vəfat edib
Keçmiş nasist ölüm dəstəsi üzvü, hərbi cani Helmut Oberlander Kanadanın Ontario əyalətinin Vaterloo şəhərində 98 yaşında vəfat edib.

Cebhe.info xəbər verir ki, vəkili Miqrasiya və Qaçqınlar İdarəsinə Oberlanderin Kanadada qalması, yaxud Almaniyaya göndərilməsinə dair dinləmənin təxirə salınması üçün müraciət etmişdi.

İkinci Dünya Müharibəsi dövründə Oberlander 1941-1943-cü illərdə əksəriyyəti yəhudilərdən ibarət iki milyondan artıq insanın ölümünə görə məsuliyyət daşıyan "Ek 10a" təşkilatında tərcüməçi işləyib.

Əslən Ukraynadan olan Oberlander ölüm hədə-qorxusu altında əsgər aparıldığını, özünün hər hansı qətllərdə əli olmadığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru