Ölkəsinə qayıda bilməyən turist aeroportun tavanına çıxıb həyatını təhlükəyə atdı - VİDEO

30-09-2021, 08:41           
Ölkəsinə qayıda bilməyən turist aeroportun tavanına çıxıb həyatını təhlükəyə atdı - VİDEO
Üç gün ərzində Moskva şəhərinin “Vnukovo” aeroportunda ölkəsinə qayıtmaq üçün bilet tapa bilməyən kubalı turist ətrafdakıların diqqətini öz probleminə çəkmək məqsədilə hava limanının polad konstruksiyadan olan tavanına çıxıb.

Hadisə yerinə aviasiya təhlükəsizliyinə cavabdeh olan şəxslər, polis, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım xidməti cəlb edilib.

Əvvəl kubalı turist təhlükəsizlik qurumlarının nümayəndələri ilə əlaqəyə çıxmaqdan imtina edib.

Bir müddət sonra isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onun olduğu yerə qalxaraq turisti saxlamağı bacarıblar.

Hadisə ilə əlaqədar Moskva şəhər prokurorluğu araşdırmaya başlayıb.

Mənbə: REN TV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru