Azərbaycanda kapitan gəmidə qadını zorlamaq istədi

19-11-2021, 10:38           
Azərbaycanda kapitan gəmidə qadını zorlamaq istədi
Xəzər dənizində gəmi kapitanı qadını zorlamaq istəyib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmilərindən birində qeydə alınıb.

Gəmidə aşpaz işləyən 41 yaşlı P.Ə. iddia edir ki, gəminin kapitanı 54 yaşlı A.C. onu zorlamağa cəhd edib.

Qadın faktla bağlı bir sıra dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət edib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev Oxu.Az-a açıqlamasında qadının şikayət etməsini təsdiqləyib. O bildirib ki, məsələylə bağlı şikayətçi hüquq-mühafizə orqanlarına nüraciət edib:

“Hüquq-mühafizə orqanlarının verəcəyi qərara uyğun olaraq QSC müvafiq addım atacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.