Göyçayda polis əməkdaşı rayon sakinini öldürüb

21-11-2021, 08:04           
Göyçayda polis əməkdaşı rayon sakinini öldürüb
Göyçayda ölümlə nəticələnən yol qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə şənbə günü, noyabrın 20-də, axşam saatlarında rayonun əsas küçələrinin birində baş verib.
İlkin məlumatlara görə, Göyçay rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşı xidməti avtomobili ilə velosipedlə hərəkətdə olan, rayonun Potu kənd sakini 29 yaşlı Hüseyn Məmmədovu vurub.
Qəza nəticəsində H.Məmmədov hadisə yerində həlak olub. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru