ABŞ-da hava limanında açılan atəş nəticəsində 3 nəfər yaralanıb

21-11-2021, 08:58           
ABŞ-da hava limanında açılan atəş nəticəsində 3 nəfər yaralanıb
ABŞ-ın Atlanta şəhər hava limanında sərnişin baxışı keçirilən zaman tapançadan atəş açılıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Nəqliyyat Təhlükəsizliyinin saytında bildirilib.

Məlumata əsasən, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Xidmətin açıqlamasında bildirilib ki, gündüz saatlarında nəqliyyat təhlükəsizliyi əməkdaşları sərnişinin çantasında qadağan olunmuş əşyanın olması səbəbindən onu yoxlayıblar:

"Əməkdaş sərnişinə çantaya toxunmamağı tövsiyə edib və o, çantada silahın olduğu yeri açanda sərnişin qaçaraq baqaja yaxınlaşıb, tapançanı tutub, bundan sonra atəş açılıb. Daha sonra sərnişin hava limanının çıxışından qaçaraq nəzarət zonasını tərk edib".

İlkin məlumatlara görə, 3 nəfər xəsarət alıb, onların həyatı üçün təhlükə yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru