Bakıda 13 yaşlı yeniyetmə qız 10-cu mərtəbədən yıxılıb

1-12-2021, 09:10           
Bakıda 13 yaşlı yeniyetmə qız 10-cu mərtəbədən yıxılıb
Bakıda yeniyetmə hündür mərtəbəli yaşayış binasından yıxılıb.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Cavadxan küçəsində hündürmərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən mənzildə yaşayan Abdullazadə Z. A. qızı ehtiyatsızlıq nəticəsində yerə yıxılıb.

Ağır xəsarətlər alan yaralı əraziyə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma, qapalı kəllə-beyin travması və bədənin çoxsaylı sınıqları diaqnozları qoyulub.

On üç yaşlı qızda komatik vəziyyət müşahidə olunur. Z.Abdullazadənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru