Bakıda qadın gecə klubunda özünə bıçaq zərbələri vurub

3-12-2021, 10:25           
Bakıda qadın gecə klubunda özünə bıçaq zərbələri vurub
Bakıda intihara cəhd hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Şahbazova Məryəm Tofiq qızı gecə klublarının birində mübahisə zəminində özünə bıçaq zərbələri endirib.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarın boşluğunda 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. M.Şahbazova cərrahi əməliyyat edilib.

Hadisənin təfərrüatı araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru