İranda təyyarə qəzayası - Yaralılar var

9-12-2021, 16:10           
İranda təyyarə qəzayası - Yaralılar var
Bu gün günorta saatlarında İranın şimalında yerləşən Mazandaran vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Teref.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın Mazandaran vilayəti Ramsər Aeroportu İdarəsindən bildirilib.

Təyyarə havaya qalxdıqdan sonra yaranan texniki nasazlığa görə enişt etmək məcburiyyətində qalıb və Xəzər dənizinin sahilinə düşüb.

Pilot və sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.