Rusiya Xarici İşlər Nazirliyi sabah Moskvada “3+3” formatında görüşün keçiriləcəyini təsdiqləyib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfini həmin görüşdə xarici işlər nazirinin müavini Andrey Rudenko təmsil edəcək.