Ağdamda “Azərisıq”ın iki işçisi bıçaqlanıb, biri döyülüb

9-12-2021, 18:39           
Ağdamda “Azərisıq”ın iki işçisi bıçaqlanıb, biri döyülüb
Ağdamda abonent “Azərisıq” ASC-nin iki işçisini bıçaqlayıb, birini döyüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun İmamqulubəyli kəndində baş verib.

“Azərisıq” ASC-nin Ağdam Elektrik Şəbəkəsi İdarəsinin əməkdaşları - Mirzəyev Tariyel və Mirzəyev Şükür borclu abonent tərəfindən bıçaqlanıblar. İdarənin digər işçisi Elşən Əzizovu isə döyülüb. İlkin məlumata görə, hadisəni törədən şəxs borcu çox olduğundan elektrikin verilişinin dayandırmaq üçün gələn işçilərə qarşı bu hərəkəti edib.

Faktla bağlı araşdırma aparılır. Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru