Livanda qaçqın düşərgəsində partlayış olub

11-12-2021, 07:56           
Livanda qaçqın düşərgəsində partlayış olub
Livanın cənubundakı Burj əl-Şimali fələstinli qaçqın düşərgəsində bir neçə güclü partlayış baş verib. "Report" bu barədə “An-Nashra” xəbər portalına istinadən məlumat verir.

Partlayışlara Fələstinin HƏMAS hərəkatına məxsus silah anbarında baş verən yanğın səbəb olub.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili yardım maşınları gəlib.

Əhalinin tələfatının qarşısını almaq üçün yaxınlıqdakı ərazilərin sakinlərinin təxliyəsi aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru