Altı zolaqlı yolda zəncirvari qəza: 24 nəfər xəsarət aldı 11-12-2021, 07:17 Yaponiyanın Ayti prefekturasınının Komaki şəhərində 20-yə yaxın avtomobil toqquşub, nəticədə 24 nəfər xəsarət alıb.Zərərçəkənlərdən biri – 54 yaşlı kişinin vəziyyətinin ağır olduğu qeyd edilir.Mənbə yazır ki, qəzanın baş verdiyi magistral yol yaxşı işıqlandırılıb və altı hərəkət zolağından ibarətdir.Qəzanın səbəbləri araşdırılır.Mənbə: NHK telekanalı Facebook-da paylaş