Əlavə pul qazanmaq üçün 10 doza vaksin vurdurdu

13-12-2021, 00:09           
Əlavə pul qazanmaq üçün 10 doza vaksin vurdurdu
Yeni zelandiyalı şəxs pul müqabilində digər insanların yerinə peyvənd olunub.

"New Zeland Herald” xəbər verir ki, həmin şəxs artıq 10 dəfə vaksin vurdurub. Hadisə Yeni Zelandiyanın Səhiyyə Nazirliyi tərəfindən araşdırılır və artıq polisə məlumat verilib. Məlumata görə, kişi gün ərzində bir neçə peyvənd mərkəzinə baş çəkib və digər insanların əvəzinə peyvəndin 10 dozasını alıb.

Oklend Universitetinin immunoloqu Helen Petusis-Harris həmin şəxsin bir neçə gün ərzində özünü pis hiss edəcəyini deyib.

Xatırladaq ki, bu ilin may ayında İtaliyanın Toskana şəhərində 23 yaşlı qadına səhvən altı doza "Faizer” peyvəndi vurulub. O, bir müddət xəstəxanada müşahidəyə alınsa da, daha sonra özünü yaxşı hiss etdiyindən evə buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru