Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Cebhe.info xəbər verir ki, hadisə Gəncə prospektində yerləşən yaşayış binalarının birində qeydə alınıb.
1977-ci il təvəllüdlü Arzu Səfərova yaşadığı evdə hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.