Sabirabaddan Ağsuya qonaq gələn gənc qətlə yetirilib

14-12-2021, 00:09           
Sabirabaddan Ağsuya qonaq gələn gənc qətlə yetirilib
Ağsu rayonunda qətl hadisəsi törədilib.

Cebhe.info xəbər verir ki, hadisə Padarqışlaq kəndində qeydə alınıb. Sabirabad rayonunun Balvar kənd sakini, 29 yaşlı Dərgahlı Məmmədkərim Kərim oğlu Padarqışlaq kəndində qonaq olarkən onunla qohumları arasında mübahisə yaranıb. M.Dərgahlı mübahisə zamanı bir neçə bıçaq xəsarəti alıb.

Ətrafdakı insanlar onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lakin yaralının həyatını xilas etmək olmayıb, o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru