Neft şirkəti adını dəyişdi

22-01-2022, 19:32           
Neft şirkəti adını dəyişdi
“Shell” 1907-ci ildən bəri bir hissəsi olduğu “Royal Dutch”dan imtina edib.

“Margin.az” “CNBC”ə istinadən xəbər verir ki, şirkət ikili səhm strukturunu ləğv etmək və baş ofisini Hollandiyadan Britaniyaya köçürmək planlarından sonra yanvarın 21-də rəsmi olaraq adını dəyişib.

Şirkətin adı “Royal Dutch Shell”dən “Shell”ə dəyişdirilib.
London və Amsterdam birjaları ad dəyişikliyini yanvarın 25-də, Nyu-York Birjası isə yanvarın 31-də əks etdirəcək. Bildirilib ki, dəyişiklik səhm sahibliyinə təsir etməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru