Daun sindromlu qızını ac saxlayaraq ölümünə səbəb oldu
23-01-2022, 10:37
Britaniyalı Eleyn Klark 24 yaşlı əlil qızını öldürdüyünü etiraf edib. O, səhlənkarlıq ucbatından Daun sindromundan əziyyət çəkən Debbini aclıqdan öldürdüyünü bildirib.
Qızın halsızlıqdan öldüyü qeyd edilir. Meyit yarıldıqda qaşınmanın yaratdığı kütləvi dəri infeksiyası da aşkar edilib.
49 yaşlı Klark ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunur və onu həbs cəzası gözləyir.