Peyvənd olunanların sayı AÇIQLANDI

23-01-2022, 18:46           
Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, bir gündə 22 586 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 042, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 122, buster doza üzrə vaksinasiya olunanların sayı isə 18 422 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 11 813 840, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 214 124, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 729 272, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 870 444 təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru