Haitidə yanacaq çəni partlayıb: 20 nəfər yanıq xəsarətləri alıb 25-01-2022, 09:47 Haitinin paytaxtı Port-o-Prens şəhərində yanacaq çəninin partlaması nəticəsində bir nəfər ölüb, 20 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.Yerli mənbələr yazır ki, alovun qarşısını almağa çalışarkən üç yanğınsöndürən xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.Hələlik partlayışın səbəbi açıqlanmır, aidiyyəti qurumlar araşdırma aparır.Mənbə: HaitiLibre Facebook-da paylaş