Düşmənin 70 canlısı, 7 tank, 3 zirehli maşını, 4 artilleriya qurğusu məhv edilib

2-04-2016, 14:18           

Avrasiya.net cəbhə bölgəsində olan mənbələrdən yeni məlumat əldə edib.

Məlumata görə, aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulması nəticəsində dinc sakinlər arasında ölən və yaralananlar olmuşdur.
Buna cavab olaraq Azərbaycan Silahlı qüvvələri geniş əks hücuma keçmiş, bir neçə strateji yüksəkliyi ələ keçirərək düşmənin 70-dək canlı qüvvəsini, 7 tank, 2 piyadaların döyüş maşını, 3 zirehli maşını, 4 özüyeriyən artilleriya qurğusunu məhv ediblər.
Hazırda uğurlu döyüş əməliyyatları davam etdirilir, düşmənə layiqli cavab verilir, işğaldan azad olunmuş ərazilərdə mühəndis-bərkidilmə işləri həyata keçirilir

Xatırladaq ki, bu gün səhər saatlarında Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatda erməni silahlı bölmələrinin təxribatlarının nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginliyin hələ də davam etdiyi, düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatlarının əvvəlcədən müəyyənləşdirildiyi, atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturunun sıradan çıxarıldığı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru