“Spiegel Online”dan Qarabağla bağlı iftira

4-04-2016, 09:52           

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmuş zonasında hərbi əməliyyatların intensivləşməsi barədə məlumat yayan Almaniyanın “Spiegel Online” nəşri naqis üsullara əl ataraq öz oxucularının hissləri ilə oynayır, bu münaqişədə kimə rəğbət bəsləməyi onlara təlqin edir. Nəşr auditoriyasının məlumatlı olmayan hissəsini belə məlumatlandırır, məlumatlı hissəsinə isə xatırladır ki, “xristian ermənilər” yaşayan Dağlıq Qarabağ “müsəlman Azərbaycanı” daxilində anklav kimi yerləşib (bax: http://www.spiegel.de/politik/ausland/tote-bei-kaempfen-zwischen-armenien-und-aserbaidschan-a-1085158.html ). Azərbaycan jurnalistləri, diplomatları, ekspertləri, elm və mədəniyyət xadimləri dəfələrlə Qərbdəki həmkarlarını, xüsusən jurnalistləri diqqəti münaqişə tərəflərinin dini mənsubiyyəti üzərində cəmləşdirməməyə çağırıblar. Bu, dini deyil, dövlətlərarası münaqişədir. Mahiyyətini də bir ölkənin digərinə ərazi iddiası təşkil edir. Din keçmiş SSRİ ərazisindəki bir sıra digər münaqişələrdə heç bir rol oynamadığı kimi, bu münaqişədə də heç bir əhəmiyyət daşımır. /teleqraf.com/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru