Ermənilər məscidi bombaladı — ölən var

4-04-2016, 20:53           

Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Ağdam rayonunda bir mülki vətəndaş həlak olub.

Bu barədə azvision.az-a kəndin bələdiyyə sədri Qasımova Elsanə Fazil qızı məlumat verib. Onun sözlərinə görə, hadisə rayonun Əhmədağalı kəndinin ərazisində qeydə alınıb:

“Ermənilər kənddə yerləşən məscidi topdan atəşə tutdular. Bu zaman məscidin yaxınlığında olan kənd sakini Dadaşov Qaraş həlak oldu. Onun 65 yaşı olar. Atəş nəticəsində məsciddə də ciddi ziyan dəyib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru